ASIMKOM

ASIMKOM təsis edilməsi: Demokratiya və milli maraqlar uğrunda yeni birlik

ASIMKOM təsis edilməsi: Demokratiya və milli maraqlar uğrunda yeni birlik

2024-cü il, 27 yanvar

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzini (ASİMKOM) təsis edildi. AND, DAS, AKM. Fransa, Strasburq, 2

Dostlar, Azərbaycan siyasi mühacirətinin çox böyük bir layihəsinin icrasına başladıq. Bütün dünyada azərbaycanlı siyasi mühacirlər var və onların fəaliyyətini əlaqələndirmək üçün bir Koordinasiya Mərkəzi yaratmaq qərarı verdik və yanvarın 27- də həmin Mərkəzin təsis toplantısı baş tutdu!

Təsis toplantısında Əsasnamə və başqa sənədlər müzakirə edilərək, qəbul edildi. Əsasnaməyə görə Koordinasiya Mərkəzinin təsisçiləri təşkilatlar və mühacir təşkilatlarında təmsil olunmayan fəallardır. Hər bir təşkilat (proporsional qaydada) təsis toplantısına 7 nəfərlik nümayəndə heyəti ilə qatılır. Əsasnamədə müəyyən edilən kvotaya əsasən təşkilatlara daxil olmayan (majoritar qaydada) nümayəndələrin sayı 20 nəfər müəyyən edilir. Bildiyimiz qədər, siyasi mühacirətin yaxın tarixində belə bir təşəbbüs ilk dəfədir ki, həyata keçirilir !

Amma ilk təşəbbüsün uğurla davam etdirilməsi üçün də əlimizdən gələni edəcəyik. Əsas məqsəd Azərbaycanda demokratiya və azadlıqlar uğrunda mübarizəyə dəstək vermək, ölkədə demokratiya uğrunda mübarizə aparan düşərgənin Avropadakəı sözçüsü olmaqdır. Amma yalnız bu deyil. Azərbaycanın milli maraqları üçün mühacirətin imkanlarını səfərbər etmək də müqəddəs niyyətlərimizdəndir. Biz diktaturanı Azərbaycamın milli maraqlarına qarşı ən böyük təhlükə sayırıq və bunu ölkəmizdən rədd etmək üçün əlimizdən gələni edəcəyik! Birlikdə olduğumuz dostlar əzmlidirlər, prosesə yüksək əhval ruhiyyə ilə başlayırıq!