ASİMKOM Fransanın Nant şəhərində Azərbaycandakı siyasi repressiyalara etiraz aksiyası keçirtdi
ASİMKOM növbəti aksiyanı Fransanın Nant şəhərində təşkil etdi. Təşkilatın qurucu üzvlərindən olan Elvin bəy Rüstəmlinin təşkilatçılığı ilə. Biz Avropada siyasi mühacirəti fəallaşdırmaq və Azərbaycanda dərinləşməkdə olan diktaturaya qarşı əzilən və haqqı çeynənən azərbaycanlıların sözünü- etirazını bütün dünyaya yaymaq istəyirik. Avropanın bütün iri şəhərlərində, paytaxtlarında bu aksiyaların keçirilməsi ASİMKOM-un məqsədlərindən, sadəcə olaraq, biridir. Eləcə də siyasi mühacirətin potensialından istifadə edərək diktaturaya və korrupsiya maşınına qarşı hüququ- siyasi mübarizə üçün bir platformada birləşmək niyyətindəyik.