ASIMKOM

ASİMKOM bu ilk projeni necə gerçəkləşdirdi?

ASİMKOM bu ilk projeni necə gerçəkləşdirdi?

Sabitlik naminə işgəncə tətbiq edənlərin ifşası üçün!

Azərbaycanda dəhşətli işgəncələr barədə ingilis dilində bir kitab yazıldı və dərc edildi. Bundan sonrakı mərhələdə başqa dillərdə də dərc etdirmək planımız var.

Kitab bir neçə bölmədən ibarətdir və bu bölmələr həm xronoloji ardıcıllıq, həm də ayrı- ayrı hadisələr- proseslər üzrə tərtib edilib. Sənədli – sübutlu faktlar əsasında yazılan bu kitabı öncə Avropa Şurası Parlament Assambleyasında, Avropa Parlamentində, eləcə də ayrı- ayrı Avropa dövlətlərində və Amerika Birləşmiş Ştatlarında deputatlara, siyasətçilərə paylamaq fikirimiz var.

Tirajın yalnız məhdud bir hissəsi satış üçündür, əsas qismi isə sadəcə olaraq Azərbaycanda insanlığa qarşı baş verməkdə olan dəhşətli cinayətlərin dünyaya tanıdılması məqsədilə pulsuz paylanacaq. “Sabitlik naminə işgəncə” adlandırdığımız bu kitabda Heydər Əliyev və İlham Əliyevin hakimiyyətləri zamanında istintaq prosesində, eləcə də, istintaqa dəxli olmayan hadisələr zamanı Azərbaycan vətəndaşlarına qarşı cinayətkar işgəncələrin çeşidi, səbəbi, prosesin mahiyyəti, işgəncə mexanizminin diktatura rejiminin bərkidilməsində oynadığı rol, işgəncə prosesinin zərərçəkənləri- qurbanları haqqında 140 səhifəlik bir kitabda yetərli olacaq qədər bəhs edilib.

Kitabda mərkəzi yerdə, əlbəttə, Tərtər işgəncələri dayanır, amma həm ona qədər, həm də ondan sonrakı işgəncə proseslərini müfəssəl şərh etməyə çalışmışıq. Göstərmişik ki, Tərtər faciəsindən, bu qaramat işgəncələrin ifşasından sonra rejim işgəncələri nəinki dayandırmayıb, əksinə, Tərtər faciəsi zamanı sınaqdan keçirilmiş işgəncə metodlarını adiləşdirərərk daha geniş istifadə ertməyə başlayıb.Bu kitab Azərbaycan xalqının döyülərək idarə edildiyini göstərən faktoloji materiallarla zənginləşdirilmiş tanltım əsəridir.

Əlbəttə, mən hesab etmirik ki, Azərbaycandakı işgəncələrin bütün mahiyyətini açan intəhasız mükəmməl bir nəticədir. Hesab edirik ki, başqaları daha yaxşı, daha dolğun kitablar yaza, sənədli filmlər edə bilərlər. Ya da biz özümüz, növbəti cəhddə daha ətraflı bir nəticə yarada bilərik. Amma bu, İlk təşəbbüsdür. Kitabı ASİMKOM- Azərbaycanlı siyasi mühacirlərin Koordinasiya mərkəzinin layihələrindən biri olaraq AND Nəşriyyatı çapa hazırlayıb. Biz Azərbaycanda xalqımıza, insanlarımıza qarşı kütləvi və fərdi cinayətləri durmadan ifşa edəcəyik… Bu cinayətləri törədənləri də olduğu kimi dünyaya tanıdacağıq… Aydındır ki, bu kitabı Azərbaycandan sifariş vermək mümkün olmayacaq, Azərbaycan poçt xidməti onu ya geri göndərər, ya da sifariş verənlər üçün problemlər yaradar. Amma tirajın məhdud hissəsi satış üçün nəzərdə tutulduğuna Avropada və Amerikada yaşayan azərbaycanlılar üçün göndərə bilərik.