ASİMKOM və FDP təmsilçilərinin görüşü
ASİMKOM və Müsavat AKM üzvü Anar Əliyev və bəndəniz cümə günü, aprelin 12-də Nürnberqdə Freie Demokraten Partei - FDP - Azad Demokratik Partiyanın ofisində Nürnberg təşkilatı sədri Philipp Oelschlegel və müavini Ümit Sormazla görüşdük. Görüşdə ölkədəki repressialardan, jurnalsitlərin və siyasətçilərin həbsindən, AbzasMedia, Toplum TV, Kanal13.TV əməkdaşlarıdan və b. danışıldı. Anar bəy təşkilatlar arasında əlaqə yaradılması və genişləndirilməsi, tədbirlərdə qarşılıqlı iştirak, gələcəkdə görüşlərin davamlı olması haqda təklif verdi.
Təkliflər razılıqla qarşılandı. Mən Almaniyanın mühacir siyasətində buraxılan səhvlər, siyasi mühacir statusuna almağa heç bir əsası olmayan adamların oturum almasından və əksinə, siyasi fəaliyyətinə görə Azərbaycanda təhlükə ilə üzləşən siyasi fəallara siyasi mühacir statusu verilməməsi, deport olunması hallarından danışdım. Konkret deport edilən Mütəllim Orucov, Samir Aşurov, Pünhan Kərimli, Malik Rzayev, Emin Məlikov və Cəfər Mirzəyevin adını çəkdim, onların Bakıya qayıdandan sonra saxta ittihamlarla həbs edilməsi, həbsxanada işgəncə görməsini danışdım. FDP Almanianın hakim koalisiasının nüfuzli üzvüdür, partiya sədri Almanianın maliyyə naziridir.
Almanlarda maliyyə naziri kanslerdən sonra ikinci ən nüfuzlu post sayılır. Siyasi xəbərlərdə olan gələnəyə uyğun olaraq demək olar ki, “FDP üzvləriylə görüş razılıq və qarşılıqlı anlaşma şəraitində keçdi” ) Anar Əliyev görüşü Avropa siyasiləriylə görüşlər silsiləsi çərçivəsində növbəti bir görüş kimi təşkil edib məni dəvət etmişdi. Bütün zəhməti keçənlərə təşəkkürlər. Sonda bu şəkli çəkdirdik. SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
Çingiz Sultansoy