ASIMKOM

ASİMKOM-da seçki oldu

ASİMKOM-da seçki oldu

Martın 8-də ASİMKOM-un ümumı yığıncağı keçirilib. Yığıncaqda sədr Qənimət Zahid təşkilatın rəsmi qeydiyyatından əvvəl və sonra görülən işlər barədə məlumat verib, görülməli olan zəruri işlər barədə mülahizələrini bildirib.

Daha sonra ASİMKOM İdarə Heyətində boşalmış 3 yerə seçki keçirilib. Qapalı seçki nəticəsində Çingiz Sultansoy (Almaniya), Səməd Rəhimli (Fransa) və Murad Quliyev (ABŞ) İdarə Heyətinin üzvləri seçilib.

Daşqın Ağalarlı (Norveç) ASİMKOM Nəzarət- Təftiş Komissiyasının üzvü seçilib.

ASİMKOM üzvlərinin təklifi ilə sədr aparatının qurulmasına başlanılıb və ilkin olaraq Rüstəım İsmayılbəyli (Norveç) ASİMKOM sədrinin müşaviri təyin edilib.

Katiblik