ASIMKOM

İlham Əliyev senti=milyarder olmaq üçün nələri qurban verib? At oğruları, paternalizm və milli ideya

 İlham Əliyev senti=milyarder olmaq üçün nələri qurban verib? At oğruları, paternalizm və milli ideya

Bu günlərdə hökumət mediasında sirkulyar olaraq dərc edilmiş bir yazı gözümə sataşdı, kimsə onu mənə yollamışdı. Söhbət təbii ki, müxalifəti sıradan çıxarmaqdan, Azərbaycana belə müxalifətin gərək olmaması kimi düşük iddialardan gedirdi, amma o yazıda bir məqam diqqətimi çəkdi ki, yazının əsas hissəsi də elə bu idi. Yeni tiryək elementi kimi yazıya daxil edilmişdi: Azərbaycana ideoloji suverenlik gərəkdir kimi bir ifadə idi…

Bütün əclaflıqlar ən gurultulu şüarların fonunda baş verir. Bunu yadınızda saxlayın… Vətənpərvərlik, millətçilik, bu şüarları dünyaya həddini göstərmək kimi ritorikaya bələyib kütlələrə həzm etdirmək, həzm etdirmək mümkün olmasa belə, zorla istehlak predmetinə çevirmək və sairə..Bir az da gülməli gəldi mənə. Azərbaycanın oğru və korrupsioner rejimi özünü ideyalarla yükləmək qərarına gəlibsə, bu, nə deməkdir? Daha oğurluqdan əl çəkirlər, yoxsa vətənpərvər korrupsiyanın da xüsusi standartları- qəlibləri varmı? Bəs, uzun illər cəmiyyətin üstünə qusduqları Heydərizm ideoloji yük kimi faydasızlaşıbmı? Belə suallar çox ola bilər, amma bir cavabı var. Azərbaycandakı rejim və şəxsən onun başçısı İlham Əliyev heç zaman ideoloji qayğıların daşıyıcısı ola bilməz. Çünki, adi oğrudurlar və mən bu söhbətdə onu da sübut etməyə çalışacam ki, imtiyazlı korrupsiya canavarlarının adi oğrulardan fərqli və oxşar refleksləri=özəllikləri nədən ibarətdir.

Məsələ belədir, əziz dostlar. İlham Əliyev milyarder deyil, multimilyarder də deyil, sentimilayrderdir. Bu təfavütü izah edim. Adamın 1 milyard və daha artıq vəsaiti- sərvəti varsa, ona milyarder deyirlər. 1-10 milyard dollar sərvəti varsa, multimilyarder, 10 milyarddan yuxarı supermilyarder, 100 milyarddan yuxarı isə sentimilayrder deyirlər. Bu, bir rəsmi təsnifat deyil, sədəcə publisistik dildə, kuluar ifadəsində belə adlandırırlar və belə də qəbul edirlər. İlham Əliyev senti-milyarderdir. Onun ailə sərvətlərinin həcmi- dəyəri yüz milyarddan artıqdır, hətta 10 milyard və onun civarında olsa da, məsələnin mahiyyəti dəyişməzdi, söhbət oğurluq və qarət yolu ilə əldə edilən sərvətlərdən gedir, ona görə…

Öncə, onu təsvir etməyə çalışım ki, bu qarət prosesi əsasən hansı sxemlər üzrə həyata keçirilir. İddia ertmirəm ki, bu söhbətlə hərtərəfli əhatə edilmiş bir hersabatı təqdim edirəm, sadəcə olaraq, ən ümumi şəkildə deyirəm…

Birincisi, dövlət resursları üzərində dolayı nəzarətdir. Prezident və ya onun ailəsinə yaxın çevrələr enerji, infrastruktur, telekommunikasiya, tikinti və maliyyə sektorlarına nəzarət edə bilir.Dövlət sifarişləri, tenderlər və konsessiyalar onlara məxsus olan “özəl” şirkətlər vasitəsilə yönləndirilir.Formal olaraq, bəzi hallarda şirkətlər fərqli adlara qeyd olunur, amma faktiki gəlir mərkəzləşir. Son zamanlar isə, ümumiyyətlə fərqli adlar təcrübəsində\n istifadə edilmir, elə öz adlarına yaradırlar…

İkincisi, Offşor sistemlər və gizli mülkiyyətdir. Oğurluq sərvətin izini itirmək üçün offşor zonalarda (Britaniya Virgin adaları, Seyşel, Lüksemburq və s.) şirkətlər yaradılır.Bu şirkətlər vasitəsilə xarici mülklər, bank hesabları, paylar və investisiyalar idarə olunur.“Pandora Papers” və “Panama Papers” kimi araşdırmalarda bu modelin çox yayğın olduğu sənədlərlə-sübutlarla gösərilib.

Üçüncüsü, ailə və yaxın çevrə vasitəsilə sərvətin bölüşdürülməsi faktıdır. Hakim ailənin üzvləri, məsələn, uşaqları, bacı-qardaşları və ya biznes tərəfdaşları formal olaraq müxtəlif sahələrdə “uğurlu sahibkar” kimi çıxış edirlər.Dövlətin əsas gəlir mənbələri-neft, qaz, tikinti və media sektorları, qeyri-rəsmi olaraq bu çevrələrin əlində cəmlənir.

Dördüncüsü, korrupsiya və qeyri-şəffaf tender mexanizmləriBəzi hallarda tenderlər və dövlət layihələri rəqabətsiz şəkildə, yəni “öz şirkətinə” verilir.Bu yolla yüz milyonlarla dollar dəyərində gizli gəlir toplanır, sonra xaricə çıxarılır və oralarda investisiyalara çevrilir.

Beşincisi, xarici investisiya və “ağardılmış” sərvət faktorudur. Əldə edilmiş, oğurlanmış, qarət edilmiş gəlirlər daha sonra Londonda daşınmaz əmlaka, Avropada şirkət paylarına və ya fondlara yatırılır.Beləcə, vəsaitlər “leqal kapital” formasına salınır.Amma bu hələ hamısı deyil, başqa üsul və vasitələr də var, sadəcə, nəfəsim daraldı deyə bu qədərini saydım. Əgər bu mexanizmlər onilliklərlə fasiləsiz işləyirsə, ölkənin təbii resurs gəlirlərindən çox kiçik bir faiz belə şəxsi şəbəkələrə yönəlsə, nəticədə həmin şəxs və ya ailə milyardlarla dollarlıq sərvətə sahib ola bilər, hətta senti-milyarder səviyyəsinə qədər.

Diqqət edin, “hətta çox kiçik bir faiz olsa belə” dedim. Amma burda söhbət çox böyük faizlərdən gedir və buna görə də nəticələr müdhiş rəqəmlərlə ifadə edilir. Bu, təbii ki, nəzəri modeldir, konkret adlara yönəlmir, onu siz də konkretləşdirə bilərsiz. Belə sistemlər Rusiyada, Mərkəzi Asiyada, Afrika və Yaxın Şərq ölkələrində geniş tədqiq olunub. Konkret olaraq Azərbaycan nümunəsində bu modeli şaxələndirilmiş şəkildə də təsvir etmək olar. Yəni, tutalım, SOCAR, başqa təbii faydalı qazıntıların istehsalı, tikinti sektoru, idxal- ixrac əməliyyatları sferasında hər biri üçün ayrı- ayrılıqda ətraflı təhlillər etmək olar, mənim indiki məqsədim isə bu deyil…

Mənim məqsədim birlirsizmi nədir? Birincisi odur ki, lap əvvəldə dedim: ideologiya bunların nəyinə lazımdır, hardan, hansı səbəbdən, nə üçün yadlarına düşüb? Axı, özünün idarə etdiyi xalqın səırvətlərini qarət edən, oğurlayan bir idarəetmə sisteminin və onun başında dayanan şəxsin tapındığı hansısa “altruist” dəyərlər olmalıdır. Kütləvi korrupsiya faktı bunu istisna edir. Biz, bilirsizmi korrupsiya mexanizmini fasiləsiz olaraq işlətməklə böyük miluardları çırpışdırmış bir şəbəkənin tapındığı dəyərləri nə ilə tutuşdura bilərik? Mən deyim, siz də maraq göstərin.

Birinci mühüm sual budur: bu qədər sərvətləri oğurluq yolu ilə əldə edən adam və ya onun çevrəsi bu oğurluq və qarət faktını özü üçün necə izah edir, necə əsaslandırır və öz mental içəriklərini necə rahatlayır? Axı, bu, gerçəkdən oğurluqdur. Şəxs bunu psixoloji baxımdan sinirmək üçün hansısa təskinləşdirici arqumentlərdən istifadə etməlidir. Gəlin bunu psixoloji və ritorik səviyyədə xırdalayaq, yəni bir prezident (və ya avtoritar lider) xalqdan külli miqdarda resurs oğurlayırsa, özünü və başqalarını necə əsaslandırır, haqq qazandırır, addım-addım nəzərdən keçirək. (Bu təsvir , əlbəttə, nəzəridir; məqsəd isə motivasiyaları və məntiqi anlamaqdır, icra üsullarını yox).

Birincisi- İnternal rasionallaşdırma deyilən amildir, yəni özünü inandırmaqdır, mənəvi şablon tapmaqdır. … Lider özünü “xüsusi”, “özünü qurban verən” biri hesab edir, “mən ölkəni xilas edirəm, buna görə də mükafatlandırılmalıyam” düşüncəsinə tapınır. Böyük məqsəd bəhanəsi var. Şəxsi faydanı “dövlətin və xalqın xeyrinə” kimi çərçivələyir: “bu vəsait gələcək nəsillər üçün investisiyadır” və bu zaman gələcək nəsillərin məhz hansı nəsillər olduğu aydınlaşdırılmır.

Paranoid müdafiə faktoru bütün hallarda işləkdir. Korrupsioner hər bir səlahiyyəti öz təhlükəsizliyi üçün zəruri hesab edir. Düşünür ki, “əgər gücümü toplamasam, düşmənlər məni və vətəni məhv edəcək”.Daha bir termin var, bu, “mənəvi məsuliyyətdən uzaqlaşma”dır. Bu psixoloji təlqin cinayətkarın özünə mənəvi zərər vermə hissini belə bir mexanizmlə azaldır: “onlar bunu başa düşə bilməz”, yaxud “qurbanlar günahkardır”. Azərbaycan folklorunda bunun bir ifadəsi də var: “günah öləndə olur”.

Bəlkə də bildiyiniz, amma məhz bu şəkildə ümumiləşdirmədiyiniz daha bir mexanizm, “xarici və ictimai rasionallaşdırma»dır, bunu “xalqı inandırmaq» kimi də qəbul edə bilərsiz.Milli təhlükəsizlik və stabiliklik arqumenti var: korrupsionerin öz duyğularının özünə təqdimatında resursların “təhlükəsizlik, sabitlik və suverenlik” üçün istifadə olunduğu göstərilir.Bir qədər məkrli saya biləcəyiniz başqa mexanizm paternalizmdir. Yəni, “xalq yetərincə ağıllı deyil, ona rəhbərlik lazımdır” fikri bu oğurluğu faydalı bir zərurət kimi təqdim edir. Bütün davamlı korrupsionerlərin gəldiyi və qəbul etdiyi, beynində möhkəmləndirdiyi psixoloji düsturdur. Bu təhlükəli və zərərli düşüncənin özünü də cəmiyyətə ən müxtəlif ideoloji suallarla yedirdirlər. Məsələn, düşmənlə və xaosla qorxutma, xarici və daxili düşmən əsaslandırması. Lider güclü olmasa,- xaos, lap düşük göstəricilərdə olsa da, mövcud komfort səviyyəsinin darmadağın edilməsi, sərvət itkisi və buna bənzər başqa dəhşətlər yaşana bilər.

Bir də dekorativ həzm etdirmə var. Uğurların və infrastrukturun nümayişi: şəhərlərdə yeni tikililər, stadionlar, faydalıalıq dərəcəsi bütün hallarda mübahisəli olan böyük layihələr göstərilərək “görünən” nəticələrlə rasionallaşdırma aparılır: “baxın, bunlar mənim zəhmətimin nəticəsidir”.

Baxın, bütün bu prosesin inzibati xuliqanlıq yolları da var. Bunları hamımız görmüşük, müşahidə etməkdəyik. Məsələn, qanunauyğunluq və institutların dəyişdirilməsi kimi hüquqi xuliqanlıq üsulları. Bunun necə baş verdiyini əlavə izah etməyə ehtiyac varmı? Hər halda qeyd edim ki, qanunların və institutların şəxsi maraqlara uyğunlaşdırılması bir mühüm məqsədi daşıyır: korrupsiya leqallaşdırılmasa da, qanunların və qaydaların dəyişdirilməsi yolu ilə şəxsi sərvət toplamaq “qanuni” görünür. Qarşıda isə dərya var və bu dəryada mütləq mənbənin «depersonalizasiyası» baş verməlidir.

Korrupsiyanı “biznes” və “iqtisadi siyasət” kimi təqdim edərək həm iqtisadi, həm də mənəvi qiymətləndirməni zəiflədirlər.Onlar hansı hoqqlardan çıxdıqlarını, hansı cinayətləri törətdiklərini yaxşı bilirlər və onu da yaxşı bilirlər ki, cəmiyyətin reaksiyasını azaltmaq üçün müəyyən sosial-psixoloji mexanizmlərdən istifadə etmək lazımdır. Bunlar hamısı sizə tanış mexanizmlərdir, hər zaman müşahidənizə, həm də sizi aldatmaq üçün təqdim edilən eksperimentlərdir. Xırda korrupsiya və mənimsəmə faktlarını ifşa edirlər və tədricən böyük həcmdə oğurluqlar ictimai şüurda adiləşdirilir.

Davamlı propaganda və təkrarlama, eyni narrativin davamlı təkrarı insanlarda bu pislikləri qəbul refleksi yaradır. Təbii ki, biz rejimin günah keçisi ovlağını da davamlı olaraq seyr edə bilirık. Bunun məqsədli olduğu barədə də yəqin ki, düşünmüsüz. İqtisadi problemlərin səbəbini “spekulyantlar”, “korrupsioner məmurlar” və ya “xarici qüvvələr” kimi göstərərək liderin pozucu- yırtıcı rolunu maskalayırlar. Bu effektdən başqa istiqamətdə də istifadə edilir və bu, ümumi olaraq “rəqibin delegitimizasiyası» adlandırıla bilər: tənqid edənləri “xarici agent”, “düşmən” kimi qələmə verib onların etibarlılığını sarsıtmaq.

Əlbəttə, deyə bilərsiz ki, çox gərgin situasiyalardır, bu qədər mürəkkəb mexanizmlər də insandan şəxsi mənəvi- psixoloji hazırlıq tələb edir. Bu zaman da tam haqlı olacaqsız. Şəxsi psixoloji hazırlıq mühümdür, çünki o, cinayət mexanizminin başında dayanan şəxsin daxili tarazlığını qorumalıdır. Korrupsia prosesi ilə adaptasiya sadəcə olaraq, zahirən qiymətləndirə biləcəyiniz amil deyil. Uğurludurmu, uğursuzdurmu, fərq etməz, bu adaptasiya zamanla vicdanın “təhlükəsizliyə və mükafatlara” görə rəndələnməsi ilə baş verir. Qəsdən “cilalanması” demirəm, yerinə düşməzdi. Bu cür rəndələnmiş vicdan haqsızların qayda kimi qiymətləndirilməsini də adiləşdirir. Bu cür rəndələnmiş vicdan özü üçün “doğru” insanların dəmir çevrəsini yaradır. Bu dəmir çevrədən içəriyə adi, ümumbəşəri vicdan effekti nüfuz edə bilmir. Korrupsiya vicdanının ritorikasını isə azərbaycanlılar çox gözəl bilirlər. Sizin hamınıza tanış olan şüarlar var axı:

-“Bu sərvətlər ölkənin gələcəyinə sərmayədir”;

-“Mən bunları qoruyuram, əks halda itib gedəcək”;

-“Qarşıda duran təhlükələr belə tədbirləri tələb edir”;

“Qınayanlar ölkənin maraqlarını anlamır”…

Bəs qınamayanılar? Axı, onlar üçün də hansısa sürprizlər olmalıdır. Bu epizod üzrə də əsas niyyət şəxsi çıxarları kollektiv məqsədlərə pərçim etməkdir. Bunun üçün davranışın, söhbət oğurluq və qarət prosesindən gedir,- davamlılığı üçün psixoloji dayaq nöqtələrini möhkəmləndirmək zəruridir. Yaxın çevrəyə fayda paylayaraq loyallıq qorunur.Nəzarətsiz gücə bağlı özünəinam, yaxud aşırı eqoizm vicdan faktorunu zəiflədir.Liderin öz oğurluğunu əsaslandırması çoxqatlı proseslərdən keçir. Özünü inandırma, ictimai rasionallaşdırma, institutların manipulyasiyası,.. bütün bunların hamısı propaqanda birlikdə işləyir. Psixoloji olaraq, bu, həm şəxsiyyətin daxili qorunma mexanizmləri (vicdan, paranoya, imtiyazlar), həm də ictimai və ritorik strategiyalar (millətçilik, təhlükəsizlik arqumentləri, paternalizm) vasitəsilə möhkəmlənir və ya möhkəmləndirlir.

Bu çox mürəkkəb görünən psixoloji gərginliyi mən sizə böyük çaplı korrupsionerin adi ev oğrusu və ya adi mal-qara oğrusu ilə eyniləşdirən arqumentlərlə də izah edə bilərəm. Bir halda ki, bu ağır söhbətə başlamışıq, o zaman oxşarlıqlarla davam edək.. Həm imtiyazlı, həm də “adi” oğru öz davranışına bəhanə tapır: “Hamı belə edir”, “yoxsulluqdan”, “haqqımdır”, “mən onsuz da çox zəhmət çəkirəm”.Moral uzlaşma, yəni vicdanı sakitləşdirmək üçün zərərin təsirini az göstərirlər: “Heç kimə zərər dəymir”, “bu dövlətin pulu onsuz da mənimdir”.Risk və mükafat balansının təhrif olunması faktı belə baş verir ki, hər iki halda, yəni istər adi məişət oğrusu, istərsə də iri çaplı korrupsioner özünü “yaxalanmayacaq” kimi hiss edir və davranışını “dəyərli risk” sayır.Hər iki halda oğru qanuna və qaydalara qarşı selektiv münasibət daşıyıcısı olur: “qaydalar mənim üçün deyil, başqaları üçün keçərlidir”.

Bütün oğrular özləri üçün istisna status kimi uydururlar.Amma fərqlər də var. İribuynuzlu korrupsionerə görə qarət və ya oğurluq statusu bərkitmək, gücü qorumaq, nəzarət imkanlarını əldə saxlamaq üçün düşünülmüş qaydada davam etdirilən prosesdir. Adi oğrular isə bunu çox hallarda sadəcə yaşamaq, maddi ehtiyac, təcili olaraq nəsə qazanmaq üçün edirlər. Korrupsioner üçün oğurluq “qanun mənəm və sistemin fövqündəyəm” özünüqavraması ilə həyata keçirilir, adi oğru üçün “mən sistemin qurbanıyam” qavrayışı ilə. Korrupsioner öz oğurluğuna “idarəetmə”, “sabitlik” və ya “layiqli mükafat” kimi istilahlarla əxlaqi biçim verir, adi oğru isə “ədalətsizliyə qarşı cavab” şəklində. İribuynuzlu korrupsioner institusional gücə arxayındır, bilir ki, bu güc onu qoruyur, adi oğru isə qorumasızdır, ona görə də impulsuv davranır.

Adi oğru qorxu ilə hərəkət edir, o, sistemin onu tutacağını bilir.İmtiyazlı oğru güvən hissi ilə hərəkət edir, çünki sistemi öz nəzarətində sayır.Bu, davranışların emosional kökünü də dəyişir: birincidə stress və dediyim kimi, impulsivlik, ikincidə isə soyuqqanlı rasionallaşdırma və planlama var. Və iri çaplı oğrularda rasionallaşdırmanın göz deşən alətləri də var…

Özünə haqq qazandırmaq üçün informasiya- media var, hətta qanunları formalaşdıra da bilir. Bir də adi oğrulardan fərqli olaraq onların, yəni dövlət və sistem oğrularının rasionallaşdırma dili var. Abstrakt, ideoloji və kollektiv terminlər: “vətən”, “millət”, “sabitlik”. Bax, lap əvvəldə də bunu deyirdim. Mal-qara, at oğrusu ilə fərqli və oxşar cəhətlərinin elmi dəlillərə əsasən tərtib edilən konkret siyahısı olan qarətçilərin- korrupsionerlərin hansı ideoloji yükü ola bilər ki? Ola bilərmi? İlham Əliyev də bu sistemin baş oğrusu kimi heç bir zaman ideoloji dəyərləri olmayan və olmayacaq adi bir talançıdır, məhz bu proseslərdən keçərək senti-milyarder səviyyəsinə yetişib…

Yəni, oğurluq və qarət yolu ilə əldə edilən var-dövlətinin həcmi yüz milyard dollardan artıqdır… və siz bunlarla yalnız elə bu cür müzakirələri apara bilərsiz: qarətin, oğurluğun həcmi, buna təhrik edən sosio-psixoloji amillər və sairə..