ASİMKOM Strasburqda "Demokratiya Marşı" aksiyasını keçirdi

Aprelin 26- da Strasburda ASİMKOM-un Azərbaycanda insan haqlarının durumu, Əliyev rejimi tərəfindən amansız repressiyaların aparılmasına qarşı, şərlənərək həbs edilmiş və həbsxanada ölüm aclığına başlanmış Tofiq Yaqublunun azadlığı naminə izdihamlı bir aksiya keçirildi. Aksiyada Avropanın müxtəlif ölkələrindən gələn 100 nəfərə qədər siyasi mühacir iştirak etdi.
“Demokratiya Marşı” adlandırılan aksiya Strasburqda Kleber meydanından başaldı, Repsublika meydanında mitinqlə davam etdi. Daha sonra iştirakçılar AŞPA-nın binasına qədər yürüş etdilər.